Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Müharibə cinayətləri törətmiş şəxslər şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar

18.04.2025 [12:27]

Xəbərin mətni

Azərbaycanın apardığı düzgün və uğurlu siyasət təkcə münaqişəni sonlandırmadı, eyni zamanda, uzun illər işğal altında qalan torpaqlarımızın geri qayıtması ilə nəticələndi. Bu illər ərzində müharibə cinayətləri törətmiş şəxslər hazırda şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar. Bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetində keçirilən tədbirdə bildirib.