Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birol Akgün: Biz qardaş ölkə kimi Azərbaycanın uğurlarını, Qarabağdakı inkişafı görməkdən çox şadıq

18.04.2025 [15:01]

Xəbərin mətni

Xankəndi şəhərinin azad olunmasından qısa müddət keçməsinə baxmayaraq, buranın ictimai və təhsil həyatı həqiqətən də öz təbii axarına qayıdıb, sosial həyat bərpa olunub. Qarabağ Universitetini ziyarət etdik. Tələbələri dinamik, həyəcanlı və enerjilidirlər. Tələbələr mühəndislik kimi bir çox sahələrdə təhsil alırlar, lakin ingiliscə də çox yaxşı danışırlar. Bu o deməkdir ki, Qarabağ bölgəsində, o cümlədən Xankəndi və Şuşada - bu bölgələrdə qarşıdakı dövrdə çox istedadlı insanlar yetişəcək. Bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetində keçirilən tədbirdən sonra bildirib.