Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Güclü cəmiyyətin zərif simaları” - Ucarda sosial layihə

18.04.2025 [21:31]

Xəbərin mətni

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Ucar rayonunda növbəti görüş keçirilib. Layihənin məqsədi regionlarda yaşayan qadınların, yeniyetmə və gənc qızların şəxsi, liderlik və rəqəmsal bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.