Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir
23.04.2025 [20:45]
Xəbərin mətni
Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada səhiyyə xərclərini artıran, xəstələrin xəstəxanada yatış günlərini uzadan böyük problemdir. AZƏRTAC xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva "Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yanaşmalar" mövzusunda ekspertlərin zirvə görüşündə jurnalistlərə açıqlaması zamanı söyləyib.