Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb

23.04.2025 [21:43]

Xəbərin mətni

Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb. Şirvan-Salyan Regional Mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan şəhər Mədəniyyət Mərkəzində, Biləsuvar və Neftçala rayon Heydər Əliyev mərkəzlərinin qarşısında təşkil olunan açılış mərasimləri rəngarəng və maraqlı anlarla yadda qalıb.