Düşmənin viran qoyduğu Cahangirbəyli kəndi yenidən qurulur
24.04.2025 [14:38]
Xəbərin mətni
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın Cahangirbəyli kəndi Oxçuçayın sahilində yerləşir. Kənd həm də dağlara açılan mənzərəsi ilə diqqət çəkir. 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğala məruz qalan bu yaşayış yeri də tamamilə dağıdılıb. 2020-ci il oktyabrın 21-də Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən tapdağından azad edilən kəndə indi həyat yenidən qayıdır. Kəndin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.