Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prak qardaşları: Azərbaycan dövlətinin işğaldan azad olunmuş əraziləri belə sürətlə bərpa etməsi inanılmazdır

24.04.2025 [16:04]

Xəbərin mətni

Biz dünyanın bir çox ölkəsinə səyahət etmiş Niderlanddan olan əkizik. Azərbaycana səfərimizdən məmnunuq. Burada ilk dəfə 2000-ci ildə, ikinci dəfə isə 2004-cü ildə olmuşam. İndi biz işğaldan azad edilmiş ərazilərdəyik. Azərbaycanın bu bölgələrinə ilk dəfədir ki, səyahət edirik. Bu sözləri Şuşaya səfər edən Niderlanddan olan səyahətçilər Reynout və Rutgers Prak qardaşları təəssüratlarını bölüşərkən deyiblər.