Çinli ekspert: Azərbaycan-Çin əlaqələri Qlobal Cənub ölkələri üçün yaxşı modeldir
26.04.2025 [13:18]
Xəbərin mətni
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çox uğurlu oldu. Bu səfər təkcə ikitərəfli münasibətlərdə mühüm mərhələ deyil, həm də hazırkı şəraitdə bütün Qlobal Cənub ölkələrinin yeni siyasət yürütməsinin simasıdır. Bu fikirləri Çinin Tayhe İnstitutunun baş elmi işçisi Çien Fen Prezident İlham Əliyevin Çinə dövlət səfərini şərh edərkən deyib.