Azərbaycan Dövlət İnformasiya Agentliyi

İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərir

26.04.2025 [16:02]

Xəbərin mətni

Bu, mənim minalı əraziyə ilk səfərimdir. Biz Qarabağa gələrkən həmin yerlərdən keçdik. Burada bir çox mina sahəsi gördüm. Mən düşünürəm ki, Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərir. Bu sözləri işğaldan azad edilən ərazilərdə səfərdə olan dünya səyyahlarından biri – ingiltərəli səyyah Avi Rozenfeld Cəbrayılda jurnalistlərə açıqlamasında deyib.