Forum iştirakçısı: Azərbaycan ədalətli inkişaf məsələlərini prioritet hesab edir
29.04.2025 [15:09]
Xəbərin mətni
Ədalətli inkişafı təmin etmək istəyiriksə, ilk növbədə, ikili standartları geriyə çəkmək və hamının bərabər imkanlara sahib olduğu bir dünya qurmaq məcburiyyətindəyik. Bu fikirləri Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində təşkil olunan “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzulu paneldə Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi deyib.