Aygün Əliyeva: QHT Platforması Qlobal Cənubun səsinə çevriləcək
29.04.2025 [18:20]
Xəbərin mətni
Artıq iki gündür ki, “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu davam edir. Forumun ilk günü Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti ilə yadda qaldı. Həmin müraciətin ünvanlanması həm Azərbaycanın Qoşulmama Hərəkatı dövründəki sədrliyinin layiqli davamı, həm də Azərbaycanın vətəndaş cəmiyyətinə, ölkə rəhbərinin etimadı və inamı kimi qiymətləndirilməlidir. Bunu jurnalistlərə müsahibəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.