Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində restoranda baş verən yanğında 22 nəfər ölüb

29.04.2025 [20:19]

Xəbərin mətni

Çinin Liaonin əyalətində restoranda baş verən güclü yanğın nəticəsində ən azı 22 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə Liaoyan şəhərində baş verib. Hadisənin detalları barədə ətraflı məlumat açıqlanmayıb.