Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə Aqrar Biznes Festivalı keçirilib

30.04.2025 [17:38]

Xəbərin mətni

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti festival - Aqrar Biznes Festivalı Zəngilan rayonunun Ağalı kəndində keçirilib. İşğaldan azad olunmuş bölgələrdə ilk dəfə keçirilən festival sakinlər və fermerlər tərəfindən maraqla qarşılanıb. Festival işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olmaq, fermerlərin müasir texnologiyalarla tanışlığını və onlara əlçatanlığını təmin etmək məqsədilə təşkil edilib.