Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 [18:29]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verdi.