Ağdərənin Talış kəndində oftalmoloji səyyar müayinələr keçirilib
30.04.2025 [20:46]
Xəbərin mətni
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 30-da Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Ağdərə rayonunun Talış kəndində əhali üçün oftalmoloji müayinələr aparılıb. Məqsəd vətəndaşların operativ şəkildə müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.