Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid jurnalist Məhərrəm İbrahimovun ad günündə məzarı ziyarət edilib

01.05.2025 [17:12]

Xəbərin mətni

Mayın 1-də AZƏRTAC-ın əməkdaşları Müşfiqabad qəsəbə qəbiristanlığında şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər. Şəhid jurnalistin keçdiyi qısa, lakin şərəfli ömür yolundan, hərbi müxbir kimi fəaliyyətindən, xüsusilə Vətən müharibəsindən sonra azad edilmiş bölgələrdə göstərdiyi fədakar peşə fəaliyyətindən bəhs edİlib. Qeyd olunub ki, o, azad edilmiş bölgələrə ilk qədəm basanlardan olub, üz tutduğu ünvanlarda erməni qəddarlığı və soyğunçuluğuna şahidlik edən çoxlu mənzərələrlə rastlaşıb.