Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib

02.05.2025 [19:28]

Xəbərin mətni

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yaşıl gələcək naminə - bir ağac da sən ək!” şüarı ilə növbəti ağacəkmə aksiyasını həyata keçirib. Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Kürdəxanı və Abşeron rayonunda keçmiş məcburi köçkünlər üçün salınan 1000 ailəlik qəsəbələrdə keçirilmiş aksiya ölkəmizin suveren ərazilərində ekoloji mühitin yaxşılaşdırılmasına, yaşıllıqların artırılmasına və ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır. Aksiya çərçivəsində zeytun tingləri qəsəbənin istirahət məkanlarında və yol kənarlarında əkilib.