Paytaxtda keçirilən növbəti ağacəkmə aksiyasında 500 ağac əkilib
03.05.2025 [14:52]
Xəbərin mətni
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci illiyi münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası təşkil edilib. Aksiyada BŞİH-in rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.