Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
03.05.2025 [16:39]
Xəbərin mətni
Ağstafada yol nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı yük maşını "İsizu" markalı digər yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "İsizu" yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. "İsizu"nun sürücüsü hadisə nəticəsində xəsarət alıb.