Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin sürətlənib

15.05.2025 [17:05]

Xəbərin mətni

Yer kürəsində temperatur yüksəlməyə davam edir və təəssüf ki, müasir elm fəlakətli iqlim dəyişikliyinin nə qədər tez baş verəcəyi sualına cavab tapa bilmir. Təkcə son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin sürətlənib və demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir. İqlim dəyişmələri insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə, yoluxucu və xroniki xəstəliklərin artmasına səbəb olur. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı iqlim dəyişmələrini 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə hesab edir.