Azərbaycan Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı kimi
19.05.2025 [16:44]
Xəbərin mətni
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və beynəlxalq siyasi nizamın hazırki mərhələsində bu rol getdikcə daha da artır. Bu fakt Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə də vurğulanıb. Təşkilatın rəsmiləri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildiriblər.