Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə insan həyatı üçün təhlükə yaradan maye qazdoldurma məntəqələrinin istismarı dayandırılıb

22.05.2025 [13:49]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Qəbələ rayonu, Nic qəsəbəsində və Zarağan kəndində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb.