İmişlidə pambıq tayasında yanğın baş verib
22.05.2025 [18:43]
Xəbərin mətni
İmişli rayonunda pambıq tayasında yanğın baş verib. Hadisə İmişli rayonunda, Qaralar kəndi yaxınlığında olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.