Skuter sürənlər hansı qaydalara əməl etməlidir?
23.05.2025 [15:57]
Xəbərin mətni
Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ və ekoloji nəqliyyat vasitələrinin istifadəsinə maraq artıb. Bakı şəhərində isə bu tendensiya artıq ciddi hiss olunacaq həddədir. Velosipedlər, skuterlər və digər kiçik elektrikli nəqliyyat vasitələri, nəinki gündəlik nəqliyyat probleminin alternativ həlli, eyni zamanda, sağlam həyat tərzinin tərkib hissəsi kimi qəbul olunur. Lakin artan bu maraqla yanaşı, qayda pozuntuları və təhlükəsizlik problemləri də gündəmdədir. AZƏRTAC əməkdaşlarının mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik.