Azərbaycan Dövlət İnformasiya Agentliyi

Köhnə avtomobillər bu məkanda parçalanır - REPORTAJ

23.05.2025 [17:56]

Xəbərin mətni

“Tullantılar haqqında” Qanunun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minən müddəalarına uyğun olaraq ötən müddət ərzində “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 2 şirkət reyestrdə qeydiyyata alınıb. O ki qaldı, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsinə, bunun üçün vətəndaş öncə nəqliyyat vasitəsini dövlət qeydiyyatından çıxarmalıdır.