Azərbaycan Dövlət İnformasiya Agentliyi

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib

24.05.2025 [18:15]

Xəbərin mətni

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının önündəki Elmlər Akademiyası parkında IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (IV LitBookFest) açılışı olub. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.