Ceyhun Bayramov: Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə əsaslanır
25.05.2025 [15:41]
Xəbərin mətni
Azərbaycan-Ukrayna münasibətləri strateji dostluq münasibətləridir və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanıyıb. Bu sözləri mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.