Fərid Şəfiyev: İslamofobiya qlobal sabitlik və birliyə ciddi təhlükə törədir
26.05.2025 [14:00]
Nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla, müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı-seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır. Biz İslamofobiya hallarının artdığını və müsəlman icmalarına qarşı dövlət səviyyəsində həyata keçirilən təzyiq və ayrı-seçkilik fəaliyyətlərinin genişləndiyini müşahidə edirik. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.