Kol Durham: İslamofobiya sivilizasiyalar toqquşmasına gətirib çıxarır
26.05.2025 [14:05]
Xəbərin mətni
Bu cür konfransın təşkili və belə bir fürsətin yaradılması üçün Azərbaycana minnətdarlığımı bildirirəm. İslamofobiya çağırışı mürəkkəb və dərin kök salıb. Bu, eyni zamanda, sivilizasiyalar toqquşmasına gətirib çıxarır. Bunu G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusunda plenar iclasda deyib.