İbrahim Saleh Əl Naimi: İslamofobiyaya qarşı praktiki tədbirlərin görülməsi zəruridir
26.05.2025 [14:50]
Xəbərin mətni
İslamofobiyaya qarşı stereotiplərin kökündən sarsıdılması üçün hamımız məsuliyyət daşıyırıq. Bu, praktiki tədbirlərin görülməsini zəruri edir. İslamofobiya dünyada artıq universal məsələyə çevrilib. Tənqidi fikirlərin səsləndirilməsinin nəticəsi olaraq müsəlmanlara qarşı hücumlar baş verir. Bunu Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların aradan qaldırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.