Bahicə Camal: Bir şəxsin imanlı olması, onun ekstremist olması anlamına gəlmir
26.05.2025 [21:28]
Xəbərin mətni
Dini maarifləndirmə son dərəcə vacibdir. Əgər bu istiqamətdə fəaliyyət göstərilməzsə, hər hansı bir nəticə əldə etmək mümkünsüzdür. İman ilə ekstremizm arasında fərq açıq şəkildə izah edilməlidir. Bir şəxsin imanlı olması, onun ekstremist olması anlamına gəlmir. Bu fikirləri Hassan II Universitetinin professoru, BMT-nin Terrorizm və Ekstremizm üzrə eksperti Bahicə Camal mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Qadınlar, kimlik və stereotiplər: Din və mədəni önyarğıların kəsişməsində naviqasiya” adlı panel sessiyada çıxışı zamanı səsləndirib.