Polis Ağcabədidə 8 kiloqram narkotik vasitə aşkarlayıb
27.05.2025 [13:19]
Xəbərin mətni
Ağcabədi polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tariyel Həsənovu və bir yeniyetməni saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onların olduğu avtomobilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onların narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.