Rəvan Həsənov: İslamofobiya, nifrət və dözümsüzlük kimi məsələlər strukturlaşmış şəkildə gündəmdədir
27.05.2025 [20:49]
Xəbərin mətni
“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində çox fəal, intensiv müzakirələr, çıxışlar olub. Çoxsaylı dəyərli təkliflər irəli sürülüb. Bəzi addımların atılması ilə bağlı razılaşmalar əldə edilib.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın yekununa həsr olunan mətbuat konfransında deyib.