Kənddən şəhərə çevrilən Xırdalanın stansiyası
02.06.2025 [20:20]
Xəbərin mətni
Xırdalan stansiyası 1952-ci ildə istifadəyə verilib. Bakı- Biləcəri- Xırdalan- Sumqayıt xəttinin ümumi uzunluğu 84 kilometrdir. Uzun müddət istismar olunan xətdə artıq təmir işlərinə ehtiyac yaranmışdı. Bilet satış köşkləri, turniketlər, yol dəyişən qurğular yenilənir və 2015-ci ildə Bakı-Biləcəri-Xırdalan-Sumqayıt xətti yenidən istismara verilir. Həmçinin, Xırdalan stansiyasında bu ilin mart ayına qədər 4 turniket var idisə, bu say 9-a çatdırılıb.