Koalisiya üzvü: Ermənistanın dağ-mədən müəssisələri Azərbaycanın bütün ərazisini ekoloji risklər altına qoyur
04.06.2025 [18:10]
Xəbərin mətni
Azərbaycandan Ermənistana çay axmır. Əvəzində, Ermənistandan Azərbaycana axan ən azı altı çay var. Ermənistanın dağ-mədən müəssisələri tərəfindən çirkləndirilən bu çaylar axınla Araz çayına tökülür. Nəticədə Araz çayının çirklənmə riski çox yüksəkdir. Araz çayı Kür çayına qoşulur, o isə Xəzər dənizinə axır. Beləliklə, demək olar ki, Azərbaycanın bütün ərazisi bu ekoloji risklər altında qalır. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Enviromental Protection First” QHT Koalisiyasının üzvü Sabit Bağırov iyunun 3-də keçirilən mətbuat konfransında səsləndirib.