Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlilliyi olan gənclər bu mərkəzdə həyatlarını dəyişirlər – REPORTAJ

11.06.2025 [15:27]

Xəbərin mətni

Bakı şəhərinin səs-küylü mərkəzindən aralıda, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən sadə görkəmli bina ilk baxışdan sıradan bir müəssisəyə bənzəyir. Amma içəri daxil olduqda burada çox dəyərli bir missiyanın həyata keçirildiyinin şahidi olursan. Bura Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzidir. Əslində bura ikinci şansların ünvanıdır.