Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova: Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddi aktuallıq kəsb edir

11.06.2025 [17:09]

Xəbərin mətni

Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddi aktuallıq kəsb edir. Bu, Bakıda işə başlayan "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlı tədbir zamanı çıxışlarda açıq şəkildə vurğulandı, həm də bizim gündəlik fəaliyyətimiz zamanı ortaya çıxan çoxsaylı problemlərdə özünü göstərməkdədir. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması, müxtəlif ölkələrdəki ümumi vəziyyətin təhlili və Türk dünyasında ailə institutunun durumu xüsusi diqqət mərkəzindədir. Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.