Qırğızıstanlı nazir müavini: Cəmiyyətin dəyişən dinamikası ailə münasibətlərinə yeni çağırışlar yaradır
11.06.2025 [17:11]
Xəbərin mətni
Qırğızıstanda ailənin rifahı və dayanıqlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Biz sosial müdafiə sistemimizi ailələri dəstəkləməyə yönəlik daha çevik və əhatəli şəkildə inkişaf etdiririk. Xüsusilə gənc ailələrin sosial-iqtisadi sabitliyini təmin etmək və uşaq rifahını artırmaq əsas hədəflərimizdəndir. Bunu Qırğızıstanın əmək, sosial müdafiə və miqrasiya nazirinin müavini Janakova Kyial Bairyşev Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə deyib.