Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin Okean Konfransında Azərbaycanın dəniz mühitinin qorunub saxlanması istiqamətində atdığı addımlardan danışılıb

11.06.2025 [20:12]

Xəbərin mətni

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən il okeanlarla da qırılmaz şəkildə əlaqəli olan iqlim dəyişikliyi ilə bağlı mühüm toplantı - COP29 beynəlxalq konfransı Bakıda uğurla keçdi. Okeanları təcili olaraq qorumağımızın bir çox səbəbi var. Okeanlar biomüxtəlifliyin böyük su anbarlarıdır, davamlı balıqçılıq üçün həyati əhəmiyyət kəsb edir və milyardlarla insanın ərzaq təhlükəsizliyi üçün vacibdir. Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 çərçivəsində keçirilən BMT-nin Okean Konfransındakı çıxışında deyib.