Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmənistan rəsmisi: Gender bərabərliyi prinsipi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib

12.06.2025 [15:43]

Xəbərin mətni

Türkmənistanda qadınların sosial və iqtisadi həyatda fəal iştirakı dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizdə gender bərabərliyi prinsipi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Bu fikirləri Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Halbibi Taçjanov Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin II iclası çərçivəsində keçirilən nazirlərin görüşündə səsləndirib.