Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daha bir yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb

14.06.2025 [12:22]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən Yarəliyev Zeynal Yarəli oğlunun istifadəsində olan kafedə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.