Rusiyanın Xalq artisti İrandan təxliyəsinə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib
14.06.2025 [15:03]
Xəbərin mətni
Bu gün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçənlər arasında Rusiya Federasiyasının Xalq artisti və rejissor Fyodr Bondarçuk da var. O, Astarada jurnalistlərə müsahibəsində Azərbaycan dövlətinə təşəkkür edərək deyib: “Bizə yaradılan şəraitə və Azərbaycan ilə İran arasında sərhədi keçməyimizdə göstərilən yardıma görə təşəkkürümüzü bildiririk. Həmçinin bizim qrupumuza göstərilən köməyə və diqqətə görə minnətdarıq”.