Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranda polisdən əməliyyat - 18 kiloqram narkotik vasitə aşkarlandı

16.06.2025 [14:41]

Xəbərin mətni

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Şamaxı sakini 65 yaşlı Əzizağa Səlimli, əvvəllər məhkum olunmuş Cəlilabad sakinləri - 42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılıblar.