Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sadiq Qurbanov: İğdır-Naxçıvan qaz boru kəmərinin Naxçıvanın inkişafında mühüm rolu olacaq

17.06.2025 [11:31]

Xəbərin mətni

Azərbaycan bu gün bütün dünyanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Müəyyən səbəblərə görə isə təbii qazını öz ərazisinə başqa dövlətlərin ərazisindən keçməklə çatdırır. Bu sözləri Naxçıvanda keçirilən İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatlarının təqdimatı mərasimindən sonra jurnalistlərə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.