Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fazil Novruzov: Əlilliyi olan şəxslər üçün informasiya əlçatan olmalıdır

17.06.2025 [14:13]

Xəbərin mətni

Mediada, o cümlədən audiovizual mediada hamı üçün bərabər imkanlar olmalıdır. Fiziki göstəricilərə, əlilliyə baxmayaraq, hamının xəbərlərə, gündəlik aktual və cari məsələlərə çıxışı, əlçatanlığı təmin edilməlidir. Bu fikirləri Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən “Audivizual mediada bərabərlik və informasiyaya əlçatanlıq“ mövzusunda keçirilən görüşdə Şuranın Aparat rəhbəri Fazil Novruzov bildirib.