Nazir müavini: İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb
18.06.2025 [16:05]
Xəbərin mətni
Sahibkarlığın inkişafı iqtisadiyyatın böyüməsi, işgüzar aktivliyin, biznesin çevikliyinin artması deməkdir. 2025-ci ilin ötən dövrü ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlarımız tərəfindən 50 milyard manatdan çox ümumi daxili məhsul istehsal edilib. Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə deyib.