İnam Kərimov: Cari ilin sonuna kimi hakimlərin ümumi sayının 700-ə, yaxın 3 ildə isə 800-ə çatdırılması planlaşdırılır
19.06.2025 [15:34]
Xəbərin mətni
Türk Dövlətləri Təşkilatı çərçivəsində təşkil edilən bu mötəbər tədbir qardaşlıq və əməkdaşlıq ruhumuzun, ortaq hüquqi və mənəvi dəyərlərimizə sadiqliyimizin ən gözəl nümunəsidir. Hesab edirəm ki, bugünkü toplantı təcrübə və fikir mübadiləsi üçün əhəmiyyətli bir platforma olmaqla yanaşı, ortaq hüquq məkanımızın daha da möhkəmləndirilməsi, ədalətə xidmət edən institutlarımızın qarşılıqlı əlaqəsinin dərinləşməsi baxımından mühüm bir mərhələdir. Bunu Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasında çıxış edərkən deyib.