Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN rəsmisi: Bakıda keçirilmiş COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizədə konkret icra mexanizmləri təqdim edilib

20.06.2025 [12:06]

Xəbərin mətni

İlk Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake- GST) Paris Sazişinin məqsədlərinə çatmaq yolunda mühüm mərhələdir və gələcək fəaliyyətimiz üçün yol xəritəsi təqdim edir. GST-nin qəbulu ilə müvafiq istiqamətlər müəyyənləşsə də, Bakıda keçirilmiş COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizədə konkret icra mexanizmləri təqdim edilib. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın COP29 sədrliyinin nümayəndəsi, Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi vəzifəsini icra edən Şahin Şahyarov Bonn İqlim Sammitində “Qlobal Qiymətləndirmə İcmalı - NDC Dialoqu” mövzusunda sessiyada çıxışı zamanı səsləndirib.