Azərbaycan dəhşətli zəlzələnin ilk günündən qardaş ölkənin yanında oldu
20.06.2025 [16:08]
Xəbərin mətni
Ötən gün Azərbaycan-Türkiyə münasibətlərində böyük önəm daşıyan növbəti tarixi hadisəyə şahidlik etdik. İki il öncə baş verən dəhşətli zəlzələdən sonra öz küllərindən yenidən doğan Kahramanmaraş şəhəridə “Azərbaycan” məhəlləsinin açılışı baş tutdu. Bu hadisə Azərbaycan-Türkiyə əlaqələrinin tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın dəstəyi ilə qurulan bu məhəllə artıq sarsılmaz qardaşlığın rəmzinə çevrilib.