Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və peşə imkanları günü” adlı tədbir keçirilib

20.06.2025 [16:33]

Xəbərin mətni

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Green Tech” MMC arasında dövlət–özəl tərəfdaşlığı çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera və peşə imkanları günü” adlı tədbir təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi region gənclərinin dəyişən əmək bazarına uyğun peşə təhsili imkanları, karyera perspektivləri və məşğulluq potensialı barədə məlumatlılığını artırmaq, işəgötürənlərlə tələbələr arasında birbaşa əlaqə qurmaq və əmək bazarının real tələblərini təqdim etmək olub.